“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının XI turunda “Şəfa” ilə heç-heçə etdikləri oyun (2:2) barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ukraynalı mütəxəssis qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Maksimov komandasının çıxışından razı qaldığını, lakin sadə səhvlərin qapılarında qollarla nəticələndiyini bildirib:

“Matç bərabər mübarizə şəraitində keçdi. Nəticəyə baxmayaraq, komandamın oyunundan razı qaldım. Sadə səhvlərdən iki qol buraxdıq. Heyətlə bağlı itkilərimiz var idi, buna görə də ehtiyat oyunçular skamyamız geniş deyildi. Qarşıda iki həftəlik fasilə olacaq və bundan səmərəli istifadə etməyə çalışacağıq.

Azərbaycan xalqını qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Hazırda Ukraynada da müharibə davam edir. Bu səbəbdən sizin yaşadıqlarınızı yaxşı anlayırıq”.

Qələbə qazanmaq üçün komandada nələri dəyişməyin lazım olduğu ilə bağlı suala isə baş məşqçi belə cavab verib:

“Ötən tur “Zirə” ilə oyunda üç futbolçumuzu itirdik. Düşünürəm ki, onlar qayıtdıqdan sonra daha səmərəli hazırlaşa biləcəyik. Növbəti oyunumuz “Neftçi”yə qarşı olacaq. Qələbə qazanmaq üçün oynayacağıq”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest