“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının 11-ci turunda “Zirə”yə 1:2 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki cəhətdən çətinlik çəkdik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun ətrafında 5 oyunçumuz var idi, amma ona mane ola bilmədilər. Amma futbolda belə hallar olur.
Hücum xəttində çatışmazlıqlarımızın olduğunu qəbul edirəm. Qol vurmaqda çətinlik çəkirik. Vəziyyəti dəyişmək üçün vaxtımız var.
Eşqini təbrik edirəm. O, keyfiyyətli futbolçudur və uzun müddətdir bu klubda çıxış edir. Onun bu səviyyəyə çatmasında bir çox məşqçinin əməyi var”, - deyə o bildirib.
Qeyd edək ki, “Qəbələ” Misli Premyer Liqasının XI turunda “Zirə”yə 1:2 hesabı ilə uduzub.













