İngiltərənin “Everton” klubunun futbolçusu Kiernən Dyusberi-Holl millinin heyətinə dəvət almamasına meydanda vurduğu qolla cavab verib. Matc.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi İngiltərə millisinin baş məşqçisi Tomas Tuhelin açıqladığı heyətdə yer almayıb.

Tuhel futbolçunun seçimə yaxın olduğunu bildirsə də, onu yekun siyahıya daxil etməyib.

Dyusberi-Holl isə bundan cəmi bir neçə saat sonra “Koventri” ilə Premyer Liqa oyununda fərqlənib. “Everton”un 3:1 hesablı qələbəsi ilə başa çatan qarşılaşmada futbolçu 81-ci dəqiqədə komandasının üçüncü qolunu vurub.

İngiltərəli yarımmüdafiəçi milli komandaya dəvət almamasından məyus olduğunu, lakin mübarizəni dayandırmayacağını bildirib.

O, İngiltərə millisində oynamağın böyük arzusu olduğunu vurğulayaraq gələcəkdə bu şansı qazanmaq üçün çalışacağını deyib.

Qeyd edək ki, “Everton”un hücumçusu Tyerno Barri də qarşılaşmada dubl edib. Liverpul təmsilçisi bu qələbədən sonra Premyer Liqada beşinci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest