Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa çempionatında diqqətçəkən çıxış edib. Matc.az xəbər verir ki, onun çıxış etdiyi “Rakuv” Polşa Ekstraklasasının növbəti turunda səfərdə “Legiya” ilə qarşılaşıb.

Gərgin keçən görüş “Rakuv”un 4:2 hesablı qələbəsi ilə başa çatıb. Mahir Emreli matça start heyətində başlayıb və komandasının qollarından ikisinin hazırlanmasında iştirak edərək iki məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Emreli daha əvvəl “Legiya”nın da formasını geyinib. Bu baxımdan qarşılaşma azərbaycanlı futbolçu üçün xüsusi əhəmiyyət daşıyıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest