22 Aprel 2024, 11:01
FUTBOL
"Zirə” Azərbaycan çempionatlarının yüksək dəstəsində 100-cü qələbəsini qazanıb. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın XXXI turunda baş verib.
Rəşad Sadıqovun yetirmələri Bakı derbisində “Neftçi”yə qalib gəlib – 3:1.
Premyer Liqada 2015-ci ildə debüt edən qəsəbə klubu 100-cü qələbəsini 263-cü görüşündə əldə edib. Zirəlilər 59 dəfə evdə, 41 dəfə səfərdə üç xala seviniblər.
“Zirə” ölkə çempionatları tarixinə 100 və daha çox qələbə qazanan 13-cü komanda kimi düşüb. Paytaxt klubunun ilk zəfəri 2015-ci il avqustun 9-da AZAL-la ev matçına təsadüf edib – 1:0.