"ötən mövsüm "Qəbələ"yə 2 qol vurdum. Amma bu, artıq tarixdi". Matc.az saytının məlumatına görə, bu sözləri "Səbail"in futbolçusu Fəhmin Muradbəyli deyib.

Topaz Premyer Liqasının XXVI turunda "Qəbələ" ilə qarşılaşacaq paytaxt təmsilçisi hazırlıqları davam etdirir.

Klubun rəsmi feysbuk səhifəsinə danışan gənc futbolçu matçla bağlı fikirlərini bölüşüb: "İndi diqqəti qarşıdakı oyuna yönəldib məşqlərdə var gücümüzlə çalışmaq vacibdir. Mövsümün çox vacib dövrüdür. Düşünürəm ki, bu mövsüm azarkeşlər üçün çox maraqlı keçir".

Qeyd edək ki, "Səbail" – "Qəbələ" oyunu aprelin 27-də keçiriləcək və saat 17:30-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest