İngiltərənin “Nyukasl” komandası beş oyunçu ilə vidalaşıb.

Matc.az xəbər verir ki, bu barədə klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, ingilis klubu qapıçı Loris Karius, müdafiəçilər Pol Dammet, Kall Uotts, həmçinin yarımmüdafiəçilər Mett Riçi və Ceff Hendriks ilə yollarını ayırıb. Həmin oyunçularla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, “Nyukasl” 2023/2024 mövsümünü 60 xalla yeddinci pillədə bitirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest