Almaniya kubokunda ikinci yarımfinal oyunu keçirilib. Matc.az saytının məlumatına görə, ikinci finalçı "Verder" – "Bavariya" görüşündən sonra məlum olub.

Bremendə keçirilən qarşılaşmada azarkeşlər 5 qola şahidlik ediblər.

Oyunda qonaqlar qalib gəliblər – 3:2.

Qeyd edək ki, ilk yarımfinal oyununda "Hamburq"la "Leypziq" qarşılaşmış, ikinci lər 3:1 hesablı qələbə qazanmışdı.

Almaniya Kuboku

Yarımfinal

"Verder" – "Bavariya" – 2:3

Osako, 74, Raşika, 75 – Levandovski, 36, 80 (pen.), Müller, 63

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest