“Atalanta”nın yarımmüdafiəçisi Aleksey Mirançuk İtaliyanın digər klubu “Bolonya”ya keçə bilər. Matc.az xəbər verir ki, bu barədə “Actualite - Serie A” sosial şəbəkəsində paylaşım edilib.

Bildirilib ki, Rusiya millisinin üzvü yerli hücumçu Rikkardo Orsolininin “Bolonya”dan “Atalanta”ya transferi ilə bağlı müqavilənin bir hissəsi ola bilər. “Bolonya” Orsolini üçün 20-25 milyon avro istəyir. Məbləğin azalması üçün “Atalanta” Mirançuku qarşı tərəfə təklif edib.

Qeyd edək ki, Aleksey Mirançuk “Atalanta”ya 2020-ci ildə Moskva “Lokomotiv”indən keçib. 28 yaşlı yarımmüdafiəçinin müqavilə müddəti 2025-ci ilin yayına kimidi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest