İtaliya Kubokunda yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib. Matc.az saytının məlumatına görə, final uğrunda həlledici görüşdə "Milan" "Latsio"nu qəbul edib.

Azarkeşlər oyunda tək qola şahidlik ediblər. Korrea 58-ci dəqiqədə romalıları finala aparan qola imza atıb.

Tərəflər arasındakı paytaxtda baş tutmuş ilk görüşdə hesab açılmamışdı.

Qeyd edək ki, ikinci finalçının adına bu gün aydınlıq gələcək. "Atalanta" ilə "Fiorentina" 3:3-ün revanşında birincilərin meydanında qalibi axtaracaqlar.

İtaliya Kuboku

Yarımfinal (Cavab oyunu)

"Milan" – "Latsio" – 0:1

Korrea, 58

İlk oyun - 0:0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest