Bu gün Çempionlar Liqasının final oyunu keçiriləcək.

Matc.az xəbər verir ki, həlledici oyunda Madridin “Real” klubu ilə Dortmund “Borussiya”sı üz-üzə gələcəklər.

Londondakı “Uembli” stadionunda baş tutacaq final görüşünə Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Qeyd edək ki, “Real” Çempionlar Liqasında 14 dəfə qalib olub və bu baxımdan rekordçudur. “Borussiya” isə tarixində ikinci dəfə bu turnirin qalibi ola bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest