Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində növbəti oyununa çıxıb.

Matc.az xəbər verir ki, yığma üçüncü matçında Kipr seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:16 hesabı ilə üstələyərək B qrupunun lideri kimi pley-offa yüksəlib.

Qeyd edək ki, ilk görüşdə Ermənistan kollektivini məğlub edən (21:9) millimiz Kosovodan da güclü olub - 14:10

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest