Kipr ilə üz-üzə gələn millimiz rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsində final görüşünə çıxıb.

Matc.az xəbər verir ki, yığmamız Kipr ilə üz-üzə gəlib.

Millimiz rəqibini 20:18 hesabı ilə üstələyərək Avropa Kubokuna vəsiqə qazanıb.

Qeyd edək ki, əsas mərhələ 22-25 avqustda Avstriyanın paytaxtı Vyanada olacaq.

Xatırladaq ki, daha əvvəl qadınlardan ibarət milli də final mərhələsinə yüksəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest