Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunda 12 kişi və 12 qadın komandası yarışacaq.

Azərbaycanın 3x3 basketbol yığmalarının Avropa Kubokunda potensial rəqibləri bəlli olub.

Azərbaycanın qadın və kişilərdən ibarət 3x3 basketbol yığmalarının Avropa Kubokunda potensial rəqibləri bəlli olub. Matc.az xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada keçiriləcək Avropa Kubokunda 12 kişi və 12 qadın komandası yarışacaq.

Qadınların turnirində millimizlə yanaşı, ev sahibi Avstriya, həmçinin Niderland, Fransa, Almaniya, Macarıstan, İspaniya və İtaliya yığmaları mübarizə aparacaq.

Kişi basketbolçularımızın rəqibləri isə Avstriya, Serbiya, Fransa, İspaniya, Xorvatiya, Litva və Niderland olacaq.

Qeyd edək ki, iyunun 15-16-da keçiriləcək seçmə turnirlərdən sonra daha 4 komanda Avropa Kubokunun final mərhələsinda oynamaq hüququ qazanacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest