20 yaşadək oğlan basketbolçulardan ibarət millimiz iyulun 12-21-i aralığında Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

Gənc basketbolçulardan (U-20) ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, bu posta əsas millidə Tahir Baxşıyevin köməkçisi olan Alberto Blanko gətirilib. İspaniyalı mütəxəssisin birinci köməkçisi Zaur Paşayev, ikinci köməkçisi isə Anar Hacıyev təyin edilib.

Qeyd edək ki, 20 yaşadək oğlan basketbolçulardan ibarət millimiz iyulun 12-21-i aralığında Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest