Basketbolun 3x3 növü üzrə qadın seriyasının "Klermon-Ferran” mərhələsinin püşkü atılıb.

Matc.az xəbər verir ki, Azərbaycan yığmasının qrupdakı rəqibləri və oyunlarının vaxtı dəqiqləşib.

Millimiz D qrupunda yer alıb. Komandamız Niderland və Filippinlə görüşəcək. İyunun 14-də öncə Azərbaycan – Filippin, ardınca Azərbaycan – Niderland matçları keçiriləcək.

Qeyd edək ki, 12 komanda 4 qrupda mübarizə aparacaq. Hər qrupda ilk iki yeri tutan komanda 1/4 finala yüksələcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest