UEFA Gənclər Liqasının çempionlar yolunun I mərhələsinin cavab oyunlarına təyinatlar açıqlanıb. Matç.az saytı xəbər verir ki, "Qəbələ"nin "Şerif"lə Moldovadakı qarşılaşmasını kiprli hakimlər idarə edəcək.

Oktyabrın 24-də keçiriləcək oyunun baş hakimi Timofeos Kristofi olacaq. Ona həmyerliləri Giorgos Savva və Andreas Mixailidis kömək edəcək. Oyunun dördüncü hakimi funksiyası moldovalı İon Orlikə tapşırılıb.

Hakimlərin işinə digər moldovalı Vladimir Antonov qiymət verəcək. Matçın UEFA nümayəndəsi isə türkiyəli Ayşe İdil Cem olacaq.

Qeyd edək ki, "Şerif"in Tiraspoldakı İdman Kompleksinin kiçik arenasında baş tutacaq matç Bakı vaxtı ilə 16:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest