Basketbolun 3x3 növü üzrə Qadın seriyasının Bakı mərhələsində iştirak edəcək ilk komandalar bəlli olub.

Matc.az xəbər verir ki, artıq üç iştirakçı turnirə qatılacağını təsdiqləyib.

Bunlar Avstriya və Fransa milliləri, həmçinin Macarıstanın “Qyor” klubudur. Ölkəmizi yarışda iki komandanın təmsil edəcəyi gözlənilsə də, hələlik nə millimiz, nə də “Baku Flames”in iştirakı təsdiqlənib.

Qeyd edək ki, Bakı mərhələsi avqustun 17-18-də keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest