UEFA AVRO-2024-ün finalından əvvəl qaydada dəyişiklik etmək qərarına gəlib. Bu dəyişiklik Avronun ən yaxşı hücumçusu mükafatına aiddir.

İyulun 14-də 2024-cü il Avropa çempionatının finalında İngiltərə və İspaniya yığmaları üz-üzə gələcək.

Matc.az “Sport Bible”yə istinadən xəbər verir ki, UEFA bu oyundan əvvəl qaydada dəyişiklik etmək qərarına gəlib.

Bu dəyişiklik Avronun ən yaxşı hücumçusu mükafatına aiddir. Belə ki, hazırda altı oyunçunun eyni sayda qolu var. Olmo, Qakpo, Mikautadze, Keyn, Musiala və Şrants hərəyə üç qolu vurublar. Finalda qarşılaşmasında isə iki oyunçu - Keyn və Olmo qol hesabını artıra bilər. Lakin onlardan heç biri qol vurmasa, altı oyunçunun hamısı turnirin ən yaxşı hücumçusu olacaq. Qaydada edilən dəyişiklik məhz budur, çünki buna qədər ən yaxşı hücumçu mükafatını ən çox ötürmə verən oyunçu alırdı.

Qeyd edək ki, ötən çempionatda Ronaldo və Şikin hər birinin beş qolu olub, lakin portuqaliyalı hücumçu daha çox məhsuldar ötürmə etdiyindən mükafata o layiq görülüb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest