İtaliya A seriyasının IX turunda "Cenoa" ilə oyun "Yuventus"un hücumçusu Kriştianu Ronaldo üçün əlamətdar olub. Matç.az saytının məlumatına görə, portuqaliyalı superulduz yubiley qoluna imza atıb.

18-ci dəqiqədə hesabı açan 34 yaşlı forvard "Top-5" liqalarda qollarının sayını 400-ə çatdırıb. O, bunun 84-nü "Mançester Yunayted"də, 311-ni "Real"da, 5-ni isə "Yuventus"da vurub. Ronaldo futbol tarixində bunu bacaran ilk oyunçu olub. Onun ən yaxın izləyicisi Lionel Messi isə "Barselona"nın heyətində La Liqada 390 qola imza atıb.

Portuqaliyalı 497 oyunda 400 qol həddinə çatıbsa, argentinalı 390 topu 427 matçda vurub.

Qeyd edək ki, "Yuventus" – "Cenoa" görüşü 1:1 hesabı ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest