2024/25 Çempionlar Liqasının seçmə mərhələsinin ilk raundu bu həftə artıq başa çatıb.

Matc.az xəbər verir ki, UEFA bu gün komandaların cari mövsümdə oynayacağı topu rəsmən təqdim edib.

Top Çempionlar Liqasının ənənəvi üslubunda hazırlanıb və əsrin əvvəllərində oynanılan klassik topları daha çox xatırladır.

Qeyd edək ki, Çempionlar Liqasının bu mövsümü ilk dəfə olaraq yeni formatda keçiriləcək. Ənənəvi qrup mərhələsinin əvəzinə 36 komandadan ibarət vahid liqa olacaq. Burada hər komanda müxtəlif rəqiblərlə 8 oyun keçirəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest