çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk oyun keçirilib.

"Tottenhem" doğma azarkeşləri önündə turnirin sürpriz komandası "Ayaks"ı qəbul edib. Hadisələri qabaqlayaraq bildirək ki, möhtəşəm performans sərgiləyən Hollandiya təmsilçisi "Real" və "Yuventus"un ardından ingilisləri də mübarizədən kənarlaşdırmağa yaxındı.

Belə ki, səfərdə oynayan "Ayaks" minimalhesablı qələbə qazanaraq Amsterdama rahat yollanıb.

çempionlar Liqası

Yarımfinal, ilk oyun

30 aprel

"Tottenhem" (İngiltərə) - "Ayaks" (Hollandiya) - 0:1

Van de Bik, 15

Baş hakim: Migel Mateu Lahoz (İspaniya)

London. "Tottenhem" stadionu

"Tottenham": 1. Hüqo Lloris, 2. Kierian Tripyer, 3. Denni Rouz, 4. Tobi Alderveyrled, 5. Yan Vertongen, 6. Davinson Sançez, 12. Viktor Vanyama, 18. Fernando Llorente, 20. Delle Alli, 23. Kristian Eriksen, 27. Lukas Moura

"Ayaks": 24. Andre Onana, 3. Coel Veltman, 4. Mattiys De Ligt, 6. Donni Van de Bik, 7. David Neres, 10. Duşan Tadiç, 17. Deyli Blind, 20. Lasse Şön, 21. Frenki de Yonq, 22. Hakem Ziyeç, 31. Nikolas Talyafiko

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest