“Kipr yarımfinalda qarşılaşa biləcəyimiz ən çətin rəqib idi. Buna baxmayaraq, onları məğlub edib finala çıxacağıq”. Matc.az xəbər verir ki, bunu 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Evren Alkaya deyib.

O, Kosovoda keçirilən Avropa çempionatının yarımfinalında Kipr komandası ilə qarşılaşacaqları oyunu dəyərləndirib: "Kipr 2022-ci ildə çempion olub. Müdafiə sistemi üzərindən dinamik oynayırlar. Turnirin əvvəlindən Kiprlə ya yarımfinalda, ya da finalda rəqib olacağımızı düşünürdüm. Bu səbəbdən rəqibi izləyirdik. Zəif tərəfləri var, biz də bundan istifadə etməyə çalışacağıq. Aqressiv oynayacağıq. Rəqibə uduzmaq fikrimiz yoxdu”.

Qeyd edək ki, matç sabah Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest