UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”ın Bolqarıstan klubu “Ludoqorets”lə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Matc.az xəbər verir ki, UEFA Bakıdakı ilk görüşü İsveçrədən, Razqraddakı cavab qarşılaşmasını isə İtaliyadan olan hakimlər briqadasına həvalə edib.

6 avqust

20:00. “Qarabağ” – “Ludoqorets”

Baş hakim: Urs Şnider

Baş hakimin köməkçiləri: Marko Zürxer, Benjamin Zürxer

Dördüncü hakim: Sven Volfensberger

VAR hakimləri: Fedayi San, Yohannes von Mandax (hamısı İsveçrə)

Tofiq Bəhramov adına Respublika stadionu

13 avqust

22:00. “Ludoqorets” - “Qarabağ”

Baş hakim: Simone Sozza

Baş hakimin köməkçiləri: Corcio Peretti, Davide İmperiale

Dördüncü hakim: Matteo Marketti

VAR hakimləri: Canluka Aureliano, Marko Serra (hamısı İtaliya)

“Ludoqorets Arena”

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest