Bu gün UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin oyunlarına start verilib

Matc.az xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edən “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bolqarıstanın “Ludoqorets” klubu ilə üz-üzə gəlib.

Oyunda hesabı ikinci hissədə qonaqlar açıb. Çox keçmdən “Qarabağ” hesabı bərabərləşdirib, lakin görüşün sonlarında doğru “Ludoqorets” yenidən hesabda önə çıxıb və qarşılaşma bu nəticə ilə yekunlaşıb.

Qeyd edək ki, cavab qarşılaşması 13 avqust saat 22:00-da, “Ludoqorets Arena”da baş tutacaq.

Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
6 avqust

“Qarabağ” – “Ludoqorets” - 1:2 
Qollar: 
Juninyo, 64 // Dinis Almeyda, 56, Kayo Vidal, 87
Baş hakim: Urs Şnider
Baş hakimin köməkçiləri: Marko Zürxer, Benjamin Zürxer
Dördüncü hakim: Sven Volfensberger
VAR hakimləri: Fedayi San, Yohannes von Mandax (hamısı İsveçrə)
Tofiq Bəhramov adına Respublika stadionu


“Qarabağ”: 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 2. Mateus Silva, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica, 44. Elvin Cəfərquliyev.

“Ludoqorets”: 39. Hendrik Bonmann, 3. Anton Nedyalkov (k), 24. Oliver Verdon, 4. Dinis Almeyda, 17. Son, 30. Pedro Naressi, 23. Deroy Duarte, 6. Yakub Pyotrovski, 11. Kayo Vidal, 37. Bernard Tekpetey, 9. Kvadvo Duah.
Ehtiyat oyunçular: Padt, Hristov, Rick, Nedelev, Tissera, Seko, Qropper, Kurtuluş, Vitru, Çoçev, Yordanov, Delev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest