Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsinin ilk oyununda "Liverpul"u qəbul edən "Barselona" 3:0 hesablı qələbə qazanıb. Bu görüş bir neçə rekordla yadda qalıb. Kataloniya klubu ÇL-in pley-off mərhələlərində keçirdiyi son 10 oyunun 8-də ən azı 3 qol vurmağı bacarıb.

çempionlar Liqasının (çL) yarımfinal mərhələsinin ilk oyununda "Liverpul"u qəbul edən "Barselona" 3:0 hesablı qələbə qazanıb. Matc.az saytının məlumatına görə, bu görüş bir neçə rekordla yadda qalıb.

Kataloniya klubu çL-in pley-off mərhələlərində keçirdiyi son 10 oyunun 8-də ən azı 3 qol vurmağı bacarıb. Həmçinin "Barsa" "Nou Kamp"da keçirdiyi son 32 çL matçında məğlub olmayıb. Bununla ispanlar öz rekordlarını yeniləyiblər.

"Liverpul"la qarşılaşmada meydana çıxan "11-lik" cari mövsüm "Barselona"nın ən yaşlı heyəti olub. Ernesto Valverdenin meydana buraxdığı komandanın orta yaş həddi 29 il 210 gün olub.

Matçda dubl edən "Barsa"nın kapitanı Lionel Messi klub karyerasında qollarının sayını 600-ə çatdırıb. Leo buna 683 oyunda nail olub. O, bunun 491-ni sol, 85-ni sağ ayaqla, 22-ni başla, 1-ni bədəni, 1-ni isə əllə vurub. Argentinalı ilk peşəkar qoluna 2005-ci il mayın 1-də imza atıb.

Bundan əlavə, "Liverpul" Messinin çempionlar Liqasında məyus etdiyi 32-ci komanda olub. O, bu turnirdə indiyə qədər ümumilikdə 37 fərqli kluba qarşı çıxış edib. Superulduz bu göstəriciyə görə yalnız "Real"ın əfsanəsi Rauldan geri qalır. İspaniyalı karyerası ərzində 33 komandanın qapısına yol tapıb.

"Liverpul" isə mötəbər turnirdə öz antirekordunu təkrarlayıb. Belə ki, "mersisaydlılar" buna qədər yalnız 2014-cü ildə qrup mərhələsində "Real"a böyük hesabla məğlub olmuşdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest