çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyununda "Liverpul" səfərdə "Barselona"ya 0:3 hesabı ilə məğlub olub. Matc.az saytı xəbər verir ki, "qırmızılar"ın növbəti mərhələ şansı artıq möcüzəyə bağlıdı.

Avrokuboklardakı nəticələrə əsasən İngiltərə klubunun final şansı ilə bağlı araşdırma aparılıb. Mütəxəssislər Premyer Liqa klubunun cavab matçında bu yenilginin əvəzini çıxmaq ehtimalı 6 faiz kimi dəyərləndirib. "Barselona" isə 94% finala vəsiqəni təmin edib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu mayın 7-də "Enfild Roud"da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest