Bu gün UEFA Çempionlar Liqasında pley-offun oyunlarına start verilib.

Matc.az xəbər verir ki, ölkəmizi mötəbər turnirdə təmsil edən “Qarabağ” səfərdə ilk oyununa çıxıb.

Qurban Qurbanovun komandası Xorvatiyada Zaqreb “Dinamo”su ilə üz-üzə gəlib.

“Maksimir” stadionunda baş tutan qarşılaşmada “Qarabağ” 3:0 hesabı ilə məğlub olub.

Qeyd edək ki, cavab oyunu avqustun 28-i Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də baş tutacaq.

Çempionlar Liqası
Pley-off, ilk oyun
20 avqust

“Dinamo” – “Qarabağ” - 3:0 
Qollar: 
Marko Pyatsa, 29, Kulenoviç, 74, 80
Baş hakim: Qlenn Nyuberq
Baş hakimin köməkçiləri: Mahbod Beiqi, Andreas Söderkvist
Dördüncü hakim: Adam Ladebek
VAR hakimləri: Bastian Dankert və Yohann Pfeifer
UEFA nümayəndəsi: Filip Popovski
“Maksimir” stadionu

“Dinamo”: 33. İvan Nevistiç, 9. Bruno Petkoviç, 10. Martin Baturina, 11. Arber Xoca, 13. Sami Mae, 18. Ronael Pyerre-Qabruel, 20. Marko Pyatsa, 22. Stefan Ristovski, 25. Petar Suşiç, 27. Yosip Mişiç, 28. Kevi Teofile-Katerin
Ehtiyat oyunçular: 1. Zagoraç, 23. Filipoviç, 3. Ogivara, 4. Torrente, 6. Bernauer, 8. Kaçavenda, 17. Kulenoviç, 19. Kordoba, 30. Roq, 36. Vrbançiç, 66. Paviç, 77. Şpikiç

“Qarabağ”: 97. Fabiyan Buntiç, 3. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 7. Yassin Benzia, 66. Patrik Andrade, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 20. Riçard Almeyda, 24. Aleksey İsayev, 90. Nəriman Axundzadə, 17. Hamidu Keyta, 19. Redon Cica, 22. Musa Qurbanlı

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest