Türkiyə I liqasında XXXII turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, turun mərkəzi görüşü paytaxt Ankarada baş tutub.

Azərbaycan millisinin sabiq hücumçusu Dəniz Yılmazın şərəfini qoruduğu "Gənclərbirliyi" "Dənizlispor"u qəbul edib. Oyun qonaq komandanın böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. Ehtiyatdan görüşə başlayan Dəniz 46-cı dəqiqədə mübarizəyə qoşulub.

Bu nəticədən sonra ikinci pillədə qərarlaşan "Bursaspor" lider "Gənclərbirliyi" ilə aradakı xal fərqini 1-ə endirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest