"Real"ın vingeri Vinisius Junior ötən mövsüm Çempionlar Liqasının ən yaxşı oyunçusu mükafatını alıb.

"Real"ın vingeri Vinisius Junior ötən mövsüm Çempionlar Liqasının ən yaxşı oyunçusu mükafatını alıb.

Matc.az xəbər verir ki, o, bu barədə məlumatı sosial şəbəkə hesabında bildirib.

"İş və şəxsiyyət sizi zirvəyə aparacaq. Bunun üçün bütün komanda yoldaşlarıma təşəkkür edirəm, mən sizi sevirəm", - deyə Vinisius paylaşım edib.

Qeyd edək ki, ötən mövsüm braziliyalı "Real" ilə Çempionlar Liqasının qalibi olub. O, turnirdə 10 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest