17 Sentyabr 2024, 14:23
FUTBOL
Paraqvayın “Nasional” klubunun futbolçusu İsmael Dominqes 15 yaşında vəfat edib. Matc.az xəbər verir ki, o, davada aldığı zərbələrdən dünyasını dəyişib.
“Nasional”ın “Bokeron”la oyunu zamanı meydançada əlbəyaxa dava düşüb və nəticədə Dominqes başından bir neçə zərbə alıb.
Zərərçəkən Asunsion xəstəxanasına aparılsa da, həkimlər gənci xilas edə bilməyiblər.