07 Noyabr 2026, 15:53
FUTBOL
Baş məşqçi Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində noyabrın 14-də I Liqa təmsilçisi “Gəncəbasar”la qarşılaşacaq.
“Kəpəz” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədən istifadə edərək yoxlama matçı keçirəcək. Matc.az xəbər verir ki, Gəncə təmsilçisi 4 günlük istirahətdən sonra noyabrın 10-da məşqləri bərpa edəcək.
Baş məşqçi Azər Məmmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq prosesi çərçivəsində noyabrın 14-də I Liqa təmsilçisi “Gəncəbasar”la qarşılaşacaq. Görüş Gəncə şəhər stadionunun ehtiyat meydançasında baş tutacaq.
Qeyd edək ki, “Kəpəz” fasilədən sonra Misli Premyer Liqasının XII turunda meydana çıxacaq. Gəncə klubu noyabrın 22-də doğma meydanda “Qarabağ”ı qəbul edəcək.













