"Neftçi" İdman Klubunun basketbol komandası heyətini daha iki yeni oyunçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Bunlar ABŞ-dən olan Bobi Harvi və Brendon Saqzdır.

Onlar daha əvvəl müvafiq olaraq “Portland State” və “New Mexico State” klublarının formasını geyiniblər.

Qeyd edək ki, "Neftçi" daha əvvəl dörd oyunçunun transferini açıqlamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest