Yeni mövsümdə kişi voleybolçulardan ibarət Yüksək Liqada debüt edəcək "Xilasedici" komandasının baş məşqçisi məlum olub.

Matc.az xəbər verir ki, Bakı təmsilçisinə Cəlil Cəlilov rəhbərlik edəcək.

Mütəxəssislə 1 illik müqavilə imzalanıb. Cəlilov ötən mövsüm MOİK komandasını çalışdırıb.

Qeyd edək ki, bu mövsüm "Xilasedici" ilə yanaşı, "Sumqayıt" klubu da kişilərin çempionatında debüt edəcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest