"Liverpul"un qol "silahı" Məhəmməd Salah Çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə cavab oyununu buraxacaq. Bunu "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp deyib. Almaniyalı mütəxəssisin sözlərinə görə, misirli superulduz sabahkı qarşılaşmada meydana çıxa bilməyəcək.

"Liverpul"un qol "silahı" Məhəmməd Salah çempionlar Liqasının yarımfinal mərhələsində "Barselona" ilə cavab oyununu buraxacaq. Matc.az xəbər verir ki, bunu "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp deyib.

Yerli televiziya kanallarından birinin qonağı olan almaniyalı mütəxəssisin sözlərinə görə, misirli superulduz sabahkı qarşılaşmada meydana çıxa bilməyəcək. O, Premyer Liqanın XXXVII turunda "Nyukasl"la görüşdə (3:2) başından xəsarət alaraq əvəzlənib: "Salahın vəziyyəti yaxşıdı. Amma o, sabah oynaya bilməyəcək". Klopp eyni zamanda digər hücumçu Roberto Firminonun da xidmətindən yararlana bilməyəcəyini vurğulayıb.

Qeyd edək ki, "Liverpul"la "Barselona" arasında cavab oyunu sabah "Enfild Roud"da keçiriləcək. Bu komandalar arasında ilk matçda kataloniyalılar 3:0 hesablı qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest