Yeni mövsümdən Azərbaycan Basketbol Liqasında iştirak edəcək “Ordu” klubunun baş məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu posta ispaniyalı mütəxəssis gətirilib. Azərbaycanın əsas yığmasında üçüncü məşqçi, U-20 yığmasında isə baş məşqçi kimi fəaliyyət göstərən Alberto Blanko yüksək liqa klubunda işləyəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Blanko hədəflərinin böyük olduğunu vurğulayıb: “Biz yeni komandayıq. Çempionatda yeni klub kimi mübarizə aparacağıq. Ona görə də oyunçularımızın uyğunlaşması çox vacibdir. Düzdür, yerli oyunçularımız digər klublardan gəlib, onlar üçün ciddi problem olmayacaq. Addım-addım getməliyik. Çünki yeni yaranan klub üçün dərhal nəticə göstərmək bir qədər çətindi. Böyük hədəflərimiz var”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest