09 Oktyabr 2024, 09:36
FUTBOL
Beynəlxalq Futbol Federasiyası Tarixi və Statistikası (İFFHS) birlikdə ən çox oyun keçirən cütlərin siyahısını dərc edib. Matc.az xəbər verir ki, cədvələ Serxio Buskets və Xerar Pike cütlüyü başçılıq edir.
Onlar İspaniya millisi və “Barselona” klubunun heyətində ümumilikdə 620 matçda iştirak ediblər. İkinci pillədə Gerd Müller - Sepp Mayer tandemi qərarlaşır. Almanlar birlikdə 611 qarşılaşmada meydana çıxıblar.
Serxio Buskets – Lionel Messi cütlüyü isə 602-ci görüşlərini keçirərək üçüncü pilləyə yüksəliblər. Vaxtilə “Barselona”da komanda yoldaşı olan Busketslə Messi hazırda “İnter Mayami”nin şərəfini qoruyurlar və onların zirvəyə yüksəlmək üçün birlikdə daha 19 görüşdə meydana çıxmaqları kifayət edər.