Çempionatdakı fasilə ilə əlaqədar 3 gün istirahət edən "Araz-Naxçıvan" məşqləri bərpa edib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fasilədən sonrakı ilk məşq yüngül təmrinləri yerinə yetirməklə keçib. Vadim Abdullayev Azərbaycan, Kristian Avram isə Moldova millisinin düşərgəsində olduğuna görə, hazırlıq prosesinə qatılmayıblar. Onlardan başqa, zədəli Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba komandaya qoşulmayıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının ilk dövrəsindən sonra turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest