10 Oktyabr 2024, 20:45
FUTBOL
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa 70 illik yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa 70 illik yubileyi ilə əlaqədar Estoniya ilə oyunöncəsi məşqdən əvvəl xüsusi forma hədiyyə edib.
Matc.az xəbər verir ki, 70 rəqəmi qeyd olunan formada Fernandu Santuşun adı yazılıb.
Qeyd edək ki, yığmamız sabah UEFA Millətlər Liqasının oyununda səfərdə Estoniya ilə qarşılaşacaq. C Liqasının I qrupunun görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.