Bu gün UEFA Millətlər Liqasında III turun oyunlarına yekun vurulub.

Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha səkkiz qarşılaşma baş tutub.

İspaniya doğma meydanda Danimarka üzərində minimal hesablı qələbə qazanıb. Portuqaliya isə səfərdə Polşanı məğlub edib.

Qeyd edək ki, IV turun oyunlarına 13 oktyabrda start veriləcək.

UEFA Millətlər Liqası
III tur
12 oktyabr

C Liqası, II Qrup

17:00. Litva – Kosovo - 1:2
Qollar:
Qolubiçkas, 84 // Zheqrova, 20, Krasniqi, 65 

22:45. Kipr – Rumıniya - 0:3
Qollar:
 Man, 16, Martin, 25 (pen), Draquşin, 36

A Liqası, I Qrup

20:00. Xorvatiya – Şotlandiya - 2:1
Qollar: Matanoviç, 36, Kramariç, 70 // Kristie, 33

22:45. Polşa – Portuqaliya - 1:3
Qollar:
 Zieinski, 78 // Silva, 26, Ronaldo, 37, Bednarek, 88 (aq)

C Liqası, III Qrup

20:00. Bolqarıstan – Lüksemburq - 0:0

22:45. Belarus – Şimali İrlandiya - 0:0

A Liqası, IV Qrup

22:45. İspaniya – Danimarka - 1:0
Qol:
 Zubimendi, 79

22:45. Serbiya – İsveçrə - 2:0
Qollar:
 Elvedi, 45+1 (aq), Mitroviç, 61

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest