çempionlar Liqasının yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində keçirilən "Liverpul" - "Barselona" oyununun ən yaxşı futbolçusu müəyyənləşib. Matc.az xəbər verir ki, UEFA birincilərin 4:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın qəhrəmanı qismində "qırmızılar"ın yarımmüdafiəçisi Corcino Veynaldumu seçib.

Fasilədən sonra meydana daxil olan hollandiyalı 54 və 56-cı dəqiqələrdə vurduğu qollarla hesabı 3:0-a çatdırıb. Bu, onun cari mövsüm çL-də ilk qolları olub. Qitə futbol qurumu görüşün ən yaxşısı məhz Veynaldumu seçib.

Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk oyunda "Barselona" 3:0 hesablı qələbə qazanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest