çempionlar Liqasında finalçılar bəlli oldu. Matc.az xəbər verir ki, Hollandiya təmsilçisi "Ayaks"ı mübarizədən kənarlaşdıran Londonun "Tottenhem" klubu həlledici oyuna vəsiqə qazandı. Bir həftə öncə öz meydanında 0:1 hesabı ilə uduzan ingilislər cavab görüşündən qalib ayrıldı - 3:2. "Tottenhem" iyunun 1-də Madriddə keçiriləcək final qarşılaşmasında "Liverpul"la üz-üzə gələcək.

Bundan öncə qitənin ən nüfuzlu klub turnirinin finalında Londonun daha iki təmsilçisi mübarizə aparıb. Bunlar "Arsenal" və "çelsi" klublarıdı. İndiyədək hansısa şəhərin 3 komandası finala vəsiqə qazana bilməyib.

Maraqlıdı ki, "Arsenal"la "çelsi" hazırda Avropa Liqasında mübarizəni davam etdirir və finala çıxmaq şansını saxlayırl.

"Arsenal" İspaniyada "Valensiya"nın qonağı olacaq ki, "topçular" evdə 3:1 hesablı qələbə qazanıb. "çelsi" isə səfərdə 1:1 hesablı bərabərliyə qaldığı "Ayntraxt"la öz meydanında qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest