Bu gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin IV turu start götürüb.
Matc.az xəbər verir ki, turun ilk oyun günündə 9 qarşılaşma baş tutub.
Günün ən diqqətçəkən görüşü turnirin ən titullu klublarından olan Madrid “Real”ı ilə “Milan” arasında baş tutub. Milan təmsilçisi əzmkar qələbə qazanıb.
İngiltərə çempionu “Mançester Siti” “Sportinq”in qonağı olub. Portuqaliyalılar 4:1 hesabı ilə qələbəyə sevinib.
“Liverpul” isə “Bayer”i 4 cavabsız qolla məğlub edib.
Çempionlar Liqası
Liqa mərhələsi, IV tur
5 noyabr
PSV (Niderland) - "Jirona" (İspaniya) - 4:0
Qollar: Flaminqo, 16, Tilman, 33, Bakayoko, 83, Kreyçi, 88 (aq)
"Slovan" (Slovakiya) - "Dinamo" (Zaqreb, Xorvatiya) - 1:4
Qollar: Streleç, 5 // Şpikiç, 10, Suşiç, 30, Kulenoviç, 54, 72
"Bolonya" (İtaliya) - "Monako" (Fransa) - 0:1
Qol: Kehrer, 86
"Seltik" (Şotlandiya) - "Leypsiq" (Almaniya) - 3:1
Qollar: Kuhn, 35, 45+1, Hatate, 72 // Baumqartner, 23
"Borussiya" (Dortmund, Almaniya) - "Şturm" (Avstriya) - 1:0
Qol: Malen, 86
"Lill" (Fransa) - "Yuventus" (İtaliya) - 1:1
Qollar: David, 27 // Vlahoviç, 60 (pen)
"Liverpul" (İngiltərə) - "Bayer" (Almaniya) - 4:0
Qollar: Diaz, 61, 83, 90+2, Qakpo, 63,
"Real" (İspaniya) - "Milan" (İtaliya) - 1:3
Qollar: Vinisius, 23 (pen) // Tiav, 12, Morata, 39, Reynders, 73
"Sportinq" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 4:1
Qollar: Qyökeres, 38, 49 (pen), 81 (pen), Arauxo, 46 // Foden, 4