12 Noyabr 2024, 15:24
                
                
                
                                FUTBOL 
                                
                
               
              
				  
 
Zaqreb “Dinamo”sunun yarımmüdafiəçisi Martin Baturina “Real”dan rəsmi təklif alıb. Matc.az xəbər verir ki, Xorvatiya millisi Madrid klubuna keçməkdən imtina edib.
“Kral klubu” 21 yaşlı oyunçu ilə 5 illik müqavilə imzaladıqdan sonra onu ilk 2 ildə La Liqanın digər klublarından birinə icarəyə verməyi planlaşdırıb. Lakin Baturina gələn mövsüm Top-klublardan birində möhkəmlənməyi hədəfləyir.
Futbolçu hələlik karyerasını davam etdirmək üçün Bundesliqanı ideal variant hesab edir. “Barselona”, “Atletiko” və “Mançester Siti” onunla yaxından maraqlanır.

 
             
 



_1761908608.jpg)


_1761905491.jpg)








