"Mançester Yunayted"in keçmiş hücumçusu, Çiçarito kimi tanınan Xavyer Ernandes yaxın vaxtlarda ABŞ-nin "Atletiko Dallas" klubunun heyətinə qoşulacaq.
Matc.az xəbər verir ki, bu barədə jurnalist və insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Bildirilir ki, Çiçaritonun keçidi "Atletiko Dallas" tarixinə ilk transfer kimi düşüb. Sözügedən klub 2028-ci ildə liqada debüt etməyi planlaşdıran yeni bir USL franşizasıdır. Futbolçu komandada 2027-ci ildən çıxış etməyə başlayacaq, lakin artıq indidən klubun inkişafı prosesində iştirak edəcək.
Meksika millisinin sabiq oyunçusu 2010-cu ildən 2020-ci ilə qədər Avropa klublarında, o cümlədən "Mançester Yunayted", Madrid "Real"ı, Leverkuzen "Bayer"i və "Sevilya"da çıxış edib.
Qeyd edək ki, USL Çempionşip MLS-dən sonra ABŞ-nin gücünə görə ikinci divizionudur, lakin bu liqalar arasında aşağı dəstəyə düşmə və ya yuxarı dəstəyə yüksəlmə sistemi yoxdur.













