27 İyul 2026, 21:16
FUTBOL
Fransa millisinin hücumçusu Kilian Mbappe yeni baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında da milli komandada kapitanlıq sarğısını qoruyub saxlayacaq.
Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.
Bildirilir ki, bu fakt heç bir şübhə doğurmur, çünki Zidan və Mbappe uzun müddətdir bir-birlərini tanıyır və hörmət edirlər.
Fransa Futbol Federasiyasının Zinəddin Zidanla müqavilə imzalandığını iyulun 28-də, çərşənbə axşamı günü elan etməyi planlaşdırır.
Mbappe Fransa millisinin heyətində bütün turnirlərdə 106 oyun keçirib və 66 qolla yadda qalıb. Futbolçu ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatında 10 qol vuraraq turnirin ən yaxşı bombardiri olub.













