“Milan”ın prezidenti Paolo Skaroni maraqlı açıqlama ilə diqqət çəkib. Matc.az xəbər verir ki, o, “rossonyerlər”i İtaliyanın ən yaxşı beynəlxalq klubu adlandırıb.

Skaroni həm də “Milan”ı şəhərin bir nömrəli komandası hesab edir:

“Milan komandasının prezidenti olduğum düşüncəsi məndə qürur hissi yaradır. Kuboku qaldırarkən çəkilən bütün fotolar məni sevindirir. Maldininin kuboku necə qazanmasına, Berluskoninin qazandığı bir çox titullara, xüsusən də, beynəlxalq titulları necə qaldırmasına məmnuniyyətlə baxıram. Milan İtaliyanın ən yaxşı beynəlxalq klubu olaraq qalmağı bacarır. Eyni zamanda biz əsl milanlıyıq. Klubun yeni sahibi ilə bunun üzərində işləməyə davam edirik”.

Qeyd edək ki, “Milan” 7 dəfə Çempionlar Liqasının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest