Argentina millisinin kapitanı Lionel Messinin klub karyerası ilə bağlı qərarını verib. Matc.az xəbər verir ki, 37 yaşlı hücumçu müqaviləsinin sonuna qədər “İnter Mayami”də qalacaq.

O, sözləşməsinin sonuna qədər MLS klubuna sadiq qalacağına qərar verib. Messinin “İnter Mayami” ilə anlaşması 2025-ci ilin sonuna qədərdi. Leo DÇ-2026-ya daha yaxşı hazırlaşmaq üçün Şimali Amerika komandasında çıxış etməyi vacib hesab edir.

Qeyd edək ki, Lionel 2023-cü ilin yayında keçdiyi Mayami təmsilçisində 39 oyunda 34 qol və 18 assistə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest