2019-20 mövsümündə Azərbaycanı çempionlar Liqasında (çL) təmsil edəcək "Qarabağ"ın daha 2 potensial rəqibi müəyyənləşib. Matc.az saytının məlumatına görə, I təsnifat mərhələsində mübarizə aparacaq Ağdam təmsilçisi səpələnmişlərin səbətində yer alacaq.

Daha 3 komandanın I mərhələdən yarışa qoşulacağı dəqiqləşib ki, onlardan 2-si - "çFR Kluj" və "Partizani" səpələnməmişlərə düşüb. Bu isə o deməkdi ki, hər iki komanda Azərbaycan çempionu üçün potensial rəqibdi. Digər komanda "Düdelanj" isə səpələnmişlərdə qərarlaşacaq.

Bundan başqa, 3 klubun da hansı səbətdə olacağı bəlli olub. Qeyri-müəyyənlərdə göstərilən TNS, "Şkendiya" və "Slovan"ın reytinqi səpələnmişlər üçün kifayət edib. Yəni onların təmsilçimizlə üz-üzə gəlmək ehtimalı yoxdu.

ümumilikdə I təsnifat mərhələsində 32 komanda iştirak edəcək ki, onlardan 25-i bəllidi. Klublardan 13-ü səpələnmiş, 9-u səpələnməmişdisə, 3 komandanın hansı səbətdə yer alacağı hələ məlum deyil.

Səpələnmişlər: "Seltik" (Şotlandiya), BATE (Belarus), "Astana" (Qazaxıstan), "Qarabağ" (Azərbaycan), "Srvena Zvezda" (Serbiya), "Şerif" (Moldova), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels), "Slovan" (Slovakiya).

Səpələnməmişlər: "çFR Kluj" (Rumıniya), "Ferensvaroş" (Macarstan), "Nomme Kalyu" (Estoniya), "Partizani" (Albaniya), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), "Saburtalo" (Gürcüstan).

Qeyri-müəyyənlər: AIK (İsveç), "Suduva" (Litva), "Valletta" (Malta).

Qeyd edək ki, çempionlar Liqasının I və II təsnifat mərhələlərinin püşkatma mərasimi iyunun 18-19-da keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest