Böyük Britaniyanın nüfuzlu "Give Me Sport" nəşri dünyanın 21 yaşa qədər ən yaxşı gənc futbolçularının adlarını açıqlayıb.

Matc.az xəbər verir ki, 25 oyunçunun yer aldığı siyahıya İspaniya millisinin və "Barselona"nın 17 yaşlı hücumçusu Lamin Yamal başçılıq edir. İngiltərə yığmasının və İspaniya nəhəngi "Real"ın 21 yaşlı yarımmüdafiəçisi Cud Bellinqem ikinci, "Bavariya"nın almaniyalı gənc ulduzu Camal Musiala (21 yaş) isə üçüncü sırada qərarlaşıb.

İlk "onluq"da Türkiyə millisinin və "Real"ın 19 yaşlı gənc ulduzu Arda Gülər də yer alıb.

Dünyanın ən yaxşı gənc futbolçuları:

1. Lamin Yamal – 17 yaş ("Barselona", İspaniya)
2. Cud Bellinqem – 21 yaş ("Real", İspaniya)
3. Camal Musiala – 21 yaş ("Bavariya", Almaniya)
4. Florian Virtz – 21 yaş ("Bayer", Almaniya)
5. Kobbi Meynu – 19 yaş ("Mançester Yunayted", İngiltərə)
6. Endrik – 18 yaş ("Real", İspaniya)
7. Xavi Simons – 21 yaş ("Leypsiq", Almaniya)
8. Arda Gülər – 19 yaş ("Real", İspaniya)
9. Uorren Zaire-Emeri – 18 yaş (PSJ, Fransa)
10. Qavi – 20 yaş ("Barselona", İspaniya)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest